"Qarabağ" yenidən məşqlərə başlayıb. Futbolinfo.az xəbər verir ki, Avstriyada təlim-məşq toplanışında olan komanda dünəni istirahətlə keçirmişdi.
 
Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov "Krasnodar"la iyunun 28-də baş tutan hazırlıq matçından sonra dünən futbolçulara iştirahət imkanı yaratmışdı.
 
Bugündən isə 2 məşqlə hazırlıqlara start verilib. Komanda səhər məşqinə ənənəvi olaraq yerli vaxtla 10:30-da (Azərbaycan vaxtıyla 13:30) yollanıb.
 
Komandanın 2-ci hazırlığı yerli vaxtla 17:30-a nəzərdə tutulub.
Shares: