Hollandiya millisinin futbolçusu Aryen Robben DÇ-2014-də Meksikaya qalib (2:1) gəldikləri oyundan sonra bir neçə dəfə simulyasiya etdiyini bildirib. Futbolinfo.az xəbər verir ki, аutbolçu buna görə üzr istəyib:
 
"Birinci hissədə yerə yıxıldığım epizodda penalti yox idi. Simulyasiya etdiyim üçün üzr istəyirəm. Ancaq ikinci hissədə mənə qarşı qayda pozulmuşdu. Hakim də düzgün qərar verərək rəqibin qapısına penalti təyin etdi. Huntelar yanıma gələrək on bir metrlik cərimə zərəbəsini yerinə yetirmək istədiyini dedi. O, penaltinin dəqiq yerinə yetirəcəyinə əmin idi. Mən də Huntelarının bunu bacaracağını bilərək razılıq verdim".
 
Qeyd edək ki, Hollandiya məhz Robbenin qazandığı penalti sayəsində 1/4 finala adlayıb.
Shares: