“Çelsi”nin baş məşqçisi Joze Mourinyo Uruqvay millisinin hücumçusu Luis Suaresin FİFA tərəfindən 4 aylıq cəzalandırılmasına münasibət bildirib. Futbolinfo.az xəbər verir ki, portuqaliyalı mütəxəssis forvardın cəzaya layiq olduğunu deyib:
 
"Futbolda oyunçular və məşqçilər üçün müəyyən qaydalar var ki, ondan kənara çıxmaq olmaz. Mənim də zaman-zaman intizamsız hərəkətlərim olub, ancaq həddimi bilmişəm. Suares isə artıq üçüncü dəfə eyni hərəkəti etdi. Düşünürəm ki, o, bu cəzaya layiq idi".
Shares: