Sloveniyada təlim-məşq toplanışını başa vurduqdan sonra vətənə dönən "Qəbələ" "Şiroki Briyeq"lə matçın hazırlığı davam etdirir. Futbolinfo.az xəbər verir ki, komandanın üzvləri məşqdən sonra istirahət etməyə də imkan tapıb.
 
Çox güman ki, bu, motivasiyanın yüksəldilməsi üçün atılan addımlardan biridi. Komandanın əsas heyət üzvlərindən olan Nizami Hacıyev, Ruslan Abışov və Ürfan Abbasov balıq ovuna çıxıblar. Sözsüz ki, bu da əsəblərin, gərginliyin aradan qaldırılması üçün atılan addımlardan biridi. Onlar göldən elə də iri balıq tutmayıblar. Bəs, görəsən "Şiroki Briyeq"lə oyunda qızıl balıq tuta biləcəklər?
Shares: