Argentina futbolunun canlı əfsanəsi Dieqo Maradona Uruqvay millisinin forvardı Luis Suaresin FİFA tərəfindən 4 aylıq cəzalandırılmasını pisləyib. Futbolinfo.az xəbər verir ki, o, bunu dəstəkləyən Pele və Franz Bekkenbauer haqda da sərt ifadələr işlədib:
“Pele və Bekkenbauer əclafdılar. Onlar ağılsız sözlər danışırlar və Blatterin əmrlərini yerinə yetirirlər. Gərək Pele ilə Bekkenbauer Luis Suaresin cəzası haqda danışmasınlar. Onlar belə məqamda susmalıdı. Çünki heç biri təmiz oyunla yadda qalmayıb. Peleyə görə bir çox futbolçular zədə alıb. Bekkenbauer isə oyun zamanı dirsəyi ilə rəqib futbolçuları öldürə bilərdi”.