Uruqvayın prezidenti Xose Muxika FİFA-nı “yıxıb-sürüyüb”. Futbolinfo.az xəbər verir ki, ölkə rəhbəri Uruqvay millisinin futbolçusu Lius Suaresə FİFA-nın verdiyi cəzanın çox ağır olduğunu deyib:
 
"Düzdü, Suares cəzalandırılmalı idi. Ancaq onlar faşist kimi cəza verdilər. FİFA-da oturanların futboldan xəbəri yoxdu”.
 
Qeyd edək ki, Suares DÇ-də İtaliya ilə matçda rəqibin futbolçusu Corcio Kyellinin çiynini dişlədiyi üçün FİFA tərəfindən dörd ay müddətinə futboldan uzaqlaşdırılıb.
Shares: