Madrid "Atletiko"sunun prezidenti Enrike Sereso komandanın bəzi futbolçuları haqda çıxan transfer iddialarına münasibət bildirib. Futbolinfo.az xəbər verir ki, o klubdan ayrılmaq istəyən oyunçulara mane olmayacaqlarını deyib:
 
"Bizdən məmnun olmayan futbolçularla işimiz yoxdu. Kim istəsə, "Atletiko"dan ayrıla bilər. Ancaq bunun üçün oyunçumuzu transfer edəcək klub təzminat ödəməlidi".
 
Qeyd edək ki, "Atletiko"dan ayrılacağı iddia edilən futbolçular sırasında Dieqo Kosta, Felipe Luis, Tibo Kurtua, Koke kimi futbolçular var.
Shares: