FİFA-nın prezidenti Yozef Blatter DÇ-2014-də Avropanı təmsil edən komandaları qınayıb. Futbolinfo.az xəbər verir ki, o, bu qitədən olan iştirakçıları zəif çıxışda ittiham edib:
 
"Dünya çempionatında mübarizəni davam etdirən millilər daha çox hücum barədə fikirləşməlidi. İtaliya kimi  müdafiədə oturan komandaların bu turnirdəki aqibətini gördük. Müdafiədə oynamaq düzgün deyil, qol vurmaq lazımdı".
 
Xatırladaq ki, bu il Avropadan yalnız Hollandiya və Fransa mundialda çempionluq iddiası var.
Shares: