Azərbaycan çempionu "Qarabağ"ın Avstriyadakı təlim-məşq toplanışı davam edir. Futbolinfo.az xəbər verir ki, Ağdam klubu bu gün hazırlıq çərçivəsində 3-cü yoxlama matçına çıxıb.
Qurban Qurbanov yetirmələrinin gücünü Almaniyanın regional liqa təmsilçilərindən olan "Vakker Burqhauzen"lə oyunda sınayıb. "Qarabağ"ın məşq etdiyi meydanda baş tutan oyun yerli vaxtla 17:00-da (Azərbaycan saatıyla 20:00) start götürüb. Görüş ağdamlıların inamlı qələbəsiylə başa çatıb.
Xatırladaq ki, "Qarabağ" əvvəlki yoxlama oyunlarında Donetsk "Şaxtyor"una (Ukrayna) 0:2, Rusiya "Krasnodar"ına isə 0:1 hesabıyla məğlub olmuşdu.
Yoxlama oyunu
1 iyul
Qarabağ – Vakker Burqhauzen – 2:0
Qollar: Nadirov, 4 (1:0), Tağıyev, 56 (2:0)
Qollar: Nadirov, 4 (1:0), Tağıyev, 56 (2:0)
"Qarabağ" meydana aşağıdakı start heyəti ilə çıxıb: Fərhad Vəliyev, Hacı Əhmədov, Tərlan Quliyev, Bilal Abbaszadə, Toğrul Bilallı, Muarrem Muarrem, Qara Qarayev, Vüqar Nadirov, Cavid Tağıyev, Tural İsgəndərov, Tural Rzayev.
Matç başladı
4-cü dəqiqədə Nadirov hesabı açır – 1:0
Birinci hissə başa çatdı
Birinci hissə başa çatdı
İkinci hissə başladı
Muaremin yerinə meydana Leroy Corc çıxır
Muaremin yerinə meydana Leroy Corc çıxır
56-cı dəqiqədə Tağıyev hesab arasındakı fərqi artırır – 2:0
58-ci dəqiqədə Qurban Qurbanov meydana bu futbolçuları buraxır: İbrahim Şehiç, Reynaldo, Çumbinyo, Riçard Almeyda, Danilo Dias, Maksim Medvedev, Admir Teli.
Matç başa çatdı