“Neftçi”nin əvəzedici heyəti yeni mövsümə hazırlıqlarını davam etdirir. Futbolinfo.az xəbər verir ki, iyulun 10-dək Gürcüstanın Ureki şəhərində təlim-məşq toplanışında olacaq komanda hazırlıq çərçivəsində sabah ilk yoxlama oyununu keçirəcək.
 
Rəqib Gürcüstan çempionatının birinci liqa təmsilçisi “Mertsxali” (Ozurqeti) olacaq.
 
“Neftçi” təlim-məşq toplanışı zamanı daha bir yoxlama oyunu keçirməyi nəzərdə tutub.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp