“Milan”ın braziliyalı ulduzu Kaka komandanı tərk edib. Futbolinfo.az xəbər verir ki, dünən axşam saatlarında onun ABŞ-ın "Orlando Siti" klubu ilə anlaşdığl açıqlanıb.
 
32 yaşlı futbolçu elə dünən ABŞ-a yollanaraq, yeni komandası ilə sözləşmə də imzalayıb. Bu gün “sambaçı” tibbi müayinədən keçəcək və rəsmi müqavilə imzalayacaq.
 
Qeyd edək ki, "Orlando Siti" 2015-ci ildən etibarən MLS-də mübarizəyə başlayacaq. Bu səbəbdən braziliyalı yarımmüdafiəçi o zamana qədər köhnə komandası "San Paulo"da icarə əsasında oynayacaq. Braziliya klubunun rəsmilərindən Gil Querreyro Kaka ilə iki aylıq danışıqların ardından anlaşdıqlarını və futbolçunun "Orlando Siti"lə müqavilə imzalamasının ardından eks klubuna qayıdacağını bildirib.
 
"Milan" da öz növbəsində Kaka üçün vida mesajı yayımlayıb.
 
Qeyd edək ki, Kaka “Milan”a ötən mövsüm “Real”dan keçmişdi.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp