“Xəzər Lənkəran”ın sabiq baş məşqçisi Mustafa Dənizli gələcək karyerası ilə bağlı açıqlama verib. Futbolinfo.az xəbər verir ki, ölkəsinin mətbuatına danışan türkiyəli mütəxəssis iki klubdan təklif aldığını deyib.
 
64 yaşlı çalışdırıcı hələ ki, layihələrinə uyğun təklif almadığını bildirib: “Layihələrimə uyğun təklif olarsa, təbii ki, dəyərləndirərəm. İndiyə kimi, iki təklif almışam, amma bunlar layihələrimə uyğun gəlməyib”.
 
Dənizli “Qalatasaray”a keçəcəyi ilə bağlı iddialara isə belə cavab verib: “İndiyə kimi, “Qalatasaray” klubu ilə heç bir danışığım olmayıb”.
 
Qeyd edək ki, Dənizli 2013-2014 mövsümünün sonunda “Xəzər Lənkəran”dan ayrılıb.
Shares: