Son mövsümü titulsuz başa vuran "Xəzər Lənkəran" növbət çempionatın hazırlıqlarını Ərzurumda davam etdirir. Futbolinfo.az xəbər verir ki, cənublular qardaş ölkədəki hazırlıq çərçivəsində 2 yeni braziliyalı futbolçu transfer etməyə hazırlaşır.
Klubdan aldığımız məlumata görə, hər iki futbolçu ilə bütün detallar razılaşdırılıb. Futbolçuların adları açıqlanmasa da, braziliyalı olması dəqiqdi. Sambaçıların hər ikisi yarımmüdafiəçidi. Onlardan biri pleymeker mövqeyində çıxış edir. Braziliyalılar yaxın günlərdə komandanın Ərzurumdak təlim-məşq toplanışına qatılacaq.
Bundan başqa "ağ-yaşıllılar"ın təlim-məşq toplanışına hələ də gəlməyən Etame Embilla və Sadio Tounkaraya klub tərəfəindən ciddi xəbərdarlıq olub. Onlar yaxın 3 gün ərzində cənubluların düşərgəsinə qoşulmasalar, ciddi cəza ilə üz-üzə qalacaqlar.
Bu arada "Xəzər Lənkəran" daha bir futbolçudan imtina edib. Belə ki, Oğuz Çətin Mustafa Dənizlinin dönəmində komandaya cəlb olunan xorvatiyalı qapıçı Vyekoslav Tomiçin xidmətinə ehtiyac duymayıb. Buna görə də Tomiç komandanın Ərzurumdakı təlim-məşq toplanışına dəvət olunmayıb.