İtaliyanın "Yuventus" klubu istedadlı futbolçu Arturo Vidalı "Mançester Yunayted"ə satmağa hazırdı. Futbolinfo.az xəbər verir ki, "mankunyanlar" çilili futbolçuya görə 45 milyon funt sterlinq ödəsə, istəyinə çata bilər.
 
Futbolçunun özü də Turini Mançesterə dəyişməyin əleyhinə deyil. Digər İngiltərə təmsilçisi "Arsenal"da onunla yaxından maraqlanır.
 
Geridə qalan mövsümdə 32 qarşılaşmada forma geyən Vidal 11 qol və 7 məhsuldar ötürməylə yadda qalıb.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp