Son mövsümü 6-cı pillədə tamamlayan "Xəzər Lənkəran" hazırlıqlarını Türkiyənin Ərzuzum şəhərində davam etdirir. Futbolinfo.az xəbər verir ki, bu arada cənublular daha bir futbolçu ilə münasibətləri rəsmiləşdirib.
Klubun mətuat xidmətindən aldığımız məlumata görə, "ağ-yaşıllılar" baxışa cəlb etdiyi Qalin İvanovla 1 illik müqavilə imzalayıb. Cənub klubuna azad agent kimi gələn bolqarısytanlı futbolçu karyerasına ölkəsinin "Levski" komandasında başlayıb. Yarımmüdafiəçi bunadan başqa "Beroe", "Slaviya", "Arminiya" (Almaniya 3-cü liqası) və "Liteks" kimi komandalarda çıxış edib.
Qeyd edək ki, "Xəzər Lənkəran" İvanova qədər Aleksandr Şemonayev və Rəşad Sadiqovu rənglərinə bağlamışdı.