ABŞ millisinin baş məşqçisi Yurgen Klinsmann DÇ-2014-də bu axşam Belçika ilə keçirəcəkləri oyun haqda danışıb. Futbolinfo.az xəbər verir ki, o, 1/8 finalda səhv etmək şanslarının olmadığını bildirib:
 
"Penaltilər seriyasına hazır olmalıyıq. Mən demirəm ki, oyun mütləq penaltilərə qalacaq, amma hər ehtimal hazırlaşmalıyıq. Həmçinin rəqibimizin necə penalti vurduğunu da analiz etmək vacibdi. Bu barədə qapıçıyla danışmaq lazımdı".
 
ABŞ – Belçika qarşılaşması bu gecə Bakı vaxtıyla saat 01:00-da başlayacaq.
Shares: