“Neftçi”nin Avropa Liqasında keçirəcəyi ilk oyunun başlanma saatı təsdiqlənib. Futbolinfo.az xəbər verir ki, bu barədə paytaxt klubunun rəsmi saytı məlumat yayıb.
 
Məlumatda bildirilir ki, flaqmanın iyulun 17-də “Bakcell Arena”da keçirəcəyi görüş saat 20:00-da başlayacaq.
 
Qeyd edək ki, “Neftçi” Avropa Liqasının ikinci təsnifat mərhələsində “Koper” (Sloveniya) – “Çelik" (Monteneqro) cütünün qalibi ilə qarşılaşacaq. Cavab matçı iyulun 24-də səfərdə baş tutacaq.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp