Azərbaycanlı iş adamı Hafiz Məmmədova məxsus olan Fransa “Lans”ının baş məşqçisi Antuan Kombuare klubdan ayrıla bilər. Futbolinfo.az yerli KİV-ə istinadən xəbər verir ki, 50 yaşlı mütəxəsiss ötən gün baş tutan məşqdə komandasına rəhbərlik etməyib.
Buna səbəb klubun yüksək liqada iştirakına qadağa qoyulmasıdı. Kombuare hazırda komandasından ayrıdı və “Lans”ın Liqa 1-ə qayıtması rəsmən təsdiqlənməsə, o, vəzifəsini tərk edəcək.
Qeyd edək ki, “Lans” 2013/14 mövsümündə Fransanın yüksək liqasınna vəsiqə qazanıb. Amma klubun maliyyə durumu ilə bağlı müvafiq qurumların tələb etdiyi sənədləri təqdim edə bilməməsi səbəbindən elitaya buraxılmır. Problemin iyulun 9-dək yoluna qoyulması gözlənilir.