AFFA və Bakcell şirkətinin birgə təşkilatçılığı ilə Bakıda təşkil olunmuş "Mançester Yunayted" Yay Futbol Məktəbinin təlim-məşq toplanışında seçilmiş 5 nəfər İngiltərənin Mançester şəhərindəki Denston kollecində "Mançester Yunayted" Yay Futbol Məktəbində iştirak edəcəklər. Futbolinfo.az xəbər verir ki, bu barədə AFFA məlumat yayıb.
 
Məlumatda bildirilir ki, Əli Abbasov, Duraxan Dövlətxanov, Zərrər Məmmədov, Ramin Nəsirli və Vəliəhd Səmədov iyulun 19-dan 26-dək AFFA-nın Elit Məşq layihəsinin koordinatoru İlham Əzizzadə və "Futbol Bakcell ilə" layihəsinin koordinatoru Kamal Tağızadənin müşayiəti ilə İngiltərədə olacaq.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp