UEFA Avropa Liqasının ilkin təsnifat mərhələsinin cavab oyunları çərçivəsində iyulun 10-da "Şəfa" stadionunda keçiriləcək "İnter" – "Tiraspol" (Moldova)  oyununu idarə edəcək hakimlər müəyyənləşib. Futbolinfo.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
 
Məlumatda bildirilir ki, qarşılaşmanı Kiprdən olan hakimlər idarə edəcəklər. Baş hakim Marios Panayi olacaq. Baş hakimin köməkçiləri Xaralambos Xaralambus və Stelios Nikitadı. Dördüncü hakim funksiyasını isə İoannis Anastasiu yerinə yetirəcək.
Qarşılaşmanın hakim-inspektoru isə Belarusdan olan Aleh Çikun təyin olunub.
Shares: