İngiltərənin “Mançester Siti” klubu növbəti transferini reallaşdırıb. Futbolinfo.az xəbər verir ki, rəhbərlik qapıçı mövqeyini gücləndirib. “Siti” “Malaqa”dan Villi Kabalyeronu heyətinə qatıb.
 
Xatırladaq ki, argentinalı qapıçını MS-in baş məşqçisi Manuel Pelleqrini əndəlüslüləri çalışdırdığı vaxtdan tanıyır. Transfer hələlik rəsmən elan edilməyib. Lakin yaxın günlərdə Kabalyeronun Mançesterə yollanaraq müqaviləyə qol çəkəcəyi ehtimal olunur.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp