“Nyukas”lın yarımmüdafiəçisi Matye Debuşi komandanı tərk edə bilər. Futbolinfo.az xəbər verir ki, hazırda Fransa millisi ilə dünya çempionatında çıxış edən müdafiəçi “Arsenal”ın hədəfinə düşüb.
 
Fransa yığmasının futbolçusu londonluların heyətində Bakari Sanyanı əvəz etməlidi. Xatırladaq ki, Sanya ötən günlərdə azad agent statusunda “Mançester Siti” ilə müqavilə imzalayıb.
 
Hələlik, transferin detalları ilə bağlı ətraflı məlumat verilmir.
Shares: