Rəqibini dişlədiyi üçün FİFA tərəfindən 4 aylıq cəzalandırılan Luis Suares gözlənilməz təklif alıb. Futbolinfo.az xəbər verir ki, cəza müddətində FİFA üzvü olan heç bir ölkədə futbol oynaya bilməyəcək.
 
Lakin bundan istifadə edən Kosovanın "Hajvalia" klubu Suaresə təklif göndərib. Rəhbərlik qolçuya 4 ay futboldan uzaq qalmaq istəmirsə, bu klubda oynamasın mümkün sayıb. Suaresə ilkin olaraq 30 min avro və aylıq 500 avro maaş təklif edilib.
 
Qeyd edək ki, Kosovo hələ ki, FİFA-ya üzv deyil.
Shares: