Ötən mövsümün sonunda karyerasını başa vurmuş təcrübəli futbolçu Xavyer Zanetti klubu “İnter” tərəfindən böyük şərəfə layiq görülüb. Futbolinfo.az xəbər verir ki, “neradzurra” argentinalının geydiyi 4 nömrəli formanı əbədiləşdirib. Milan təmsilçisinin heyətində bu nömrə daha istifadə olunmayacaq.
 
Zanetti 1995-2014-cü illərdə “İnter”də çıxış edib. Komandanın heyətində argentinalı veteran futbolçu 5 dəfə Skudettonu, 4 dəfə İtaliya Kubokunu, 4 dəfə İtaliya Superkubokunu, UEFA Kubokunu, Çempionlar Liqasını və klublararası dünya çempionluğunu qazanıb. Hazırda o, “İnter”in vitse-prezidentidi.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp