Tarixində ilk dəfə Avropa Liqasına vəsiqə qazanan "Qəbələ" "Şiroki Briyeq"lə matçın hazırlıqlarını davam etdirir. Futbolinfo.az xəbər verir ki, "qırmızı-qaralar" Bosniya təmsilçisini Qəbələ şəhər stadionunda qəbul edəcək.
 
Əyalət təmsilçisi "Şiroki Briyeq" səddini aşacağı təqdirdə Çexiyanın "Mlada Boleslav" komandası ilə qarşılaşacaq. Əldə etdiyimiz məlumata görə, Çexiya klubunun nümayəndələri "Qəbələ" – "Şiroki Briyeq" matçını izləmək üçün ölkəmizə təşrif buyuracaqlar.
 
Qeyd edək ki, matç iyulun 3-də keçiriləcək və saat 20:00-da başlayacaq.
Shares: