"Sumqayıt" hücumçu problemini həll edib. Futbolinfo.az xəbər verir ki, "kimyaçılar" Orxan Əliyevlə anlaşıb.
 
Qışda məhz "Sumqayıt"dan "Xəzər Lənkəran"a yollanan gənc hücumçu "kimayçılar"ın heyətinə geri dönüb. O, "gənclər şəhəri" təmsilçisində icarə əsasında çıxış edəcək.
 
Cənub klubunda işləri o qədər də yaxşı getməyən futbolçu növbəti mövsümü "Sumqayıt"da keçirəcək. İcarə müqaviləsinin müddəti 1 il nəzərdə tutulub.

Maraq üçün xatırladaq ki, Əliyev 2012-ci ilin noyabr ayında Portuqaliyanın "Portu" klubunda baxışda olsa da, bu komandaya keçidi baş tutmamışdı.

Shares: