DÇ-2014 daha bir baş məşqçi istefası ilə yadda qalıb. Futbolinfo.az xəbər verir ki, Nigeriya millisinin çalışdırıcısı Stiven Keşi istefa verib.
Mütəxəssis 1/8 final mərhələsində Fransa ilə oyunundan sonra qərarını açıqlayıb. 0:2 hesablı məğlubiyyət Keşinin Nigeriya yığmasındakı son matçı olub.
Əvvəllər Toqo və Mali millilərini də çalışdıran mütəxəssis 2011-ci ildən Nigeriyada işləyirdi. Onun mundialdan sonrakı iş yeri isə CAR yığması olacaq.
Qeyd edək ki, bu, mundialda 6-cı istefa olub.