Braziliyada keçirilən XX dünya çempionatı tarixin ən məhsuldar mundiallardan biri olmağa yaxındı. Futbolinfo.az xəbər verir ki, DÇ-2014 artıq vurulan qolların sayına görə, DÇ-2010-u geridə qoyub.
Cənubi Afrikada keçirilən dünya çempionatı zamanı cəmi 145 qol vurulub. 2014-cü il dünya çempionatında isə Fransa və Nigeriya arasında keçirilən 1/8 final görüşündə bu göstərici yenilənib. Fransa yığmasının yarımmüdafiəçisi Pol Poqba matçın 79-cu dəqiqəsində fərqlənib. Bu, hazırkı çempionatda 146-cı qol olub.
Qeyd edək ki, qarşıda isə hələ 10 oyun var.