Uruqvay millisinin qolçusu Luis Suares italiyalı həmkarı Corco Kyellinidən üzr istəyib. Futbolinfo.az xəbər verir ki, buna səbəb hücumçunun DÇ-2014-ün qrup oyununda Kyellinini dişləməsidi.
 
Buna görə 4 aylıq futboldan uzaqlaşdırılan hücumçu müraciət mətnini öz "twitter" səhifəsində yerləşdirib.
 
Suares DÇ-2014-ün oyunu zamanı dişlədiyi İtaliya yığmasının müdafiəçisi Corco Kyellinidən üzr istəyib. O, həmçinin gələcəkdə belə hərəkət etməyəcəyinə söz verib.
Shares: