“Məğlub olmaq fikirimiz yoxdur, baxmayaraq ki, “Qəbələ” güclü rəqibdi”. Futbolinfo.az xəbər verir ki, bunu “Qəbələ” ilə oyunöncəsi keçirdiyi mətbuat konfransında Bosniya və Herseqovinanın “Şiroki Briyeq” klubunun baş məşqçisi Slaven Musa deyib.
 
43 yaşlı mütəxəssis Avropa Liqasının 1-ci təsnifat mərhələsinin ilk oyununu belə şərh edib: “Əlbəttə ki, səfərdə vuracağımız qol mərhələ adlamağımıza kömək edə bilər. Tək yolun uzaqlığı deyil, rəqibin güclü olması da pisdi. Ancaq biz azərbaycanlılarla matça yaxşı hazırlaşmışıq. “Qəbələ”nin Azərbaycan Kubokunun finalındakı “Neftçi”yə qarşı oyununu və çempionatdakı son “Sumqayıt” matçını izləmişəm. Rəqibin “Maribor”a qarşı hazırlıq oyununa da baxdıq. Komandada oyunçu dəyişikliyi olub, yeni baş məşqçi gəlib. Rəqib komandanın aparıcı üzvləri kimi Viktor Mendi, Dodo və Nizami Hacıyevi qeyd etmək olar”.
Shares: