DÇ-2014-ün 1/8 finalında Əlcəzairə 2:1 hesabı ilə qalib gələn Almaniya millisi ciddi itki ilə üzləşib. Futbolinfo.az xəbər verir ki, komandanın müdafiəçisi Şkodran Mustafi zədələnərək sıradan çıxıb.
 
Matçın 70-ci dəqiqəsində sağ bud arxa əzələsini dartan 22 yaşlı futbolçunun ən azı 2-3 həftə yaşıl meydanlardan kənarda qalacağı bildirilir. Bununla da, gənc futbolçu mundialın qalan görüşlərində komandasına kömək edə bilməyəcək.
Shares: