"Google" internet səhifəsində DÇ-2014-ün ən çox axtarışa verilən on bir futbolçunun adı açıqlanıb. Futbolinfo.az xəbər verir ki, Meksika millisinin qapıçısı Oçoa və Yaponiya yığmasının oyunçusu Açuta Utida bir çox ulduz oyunçunu geridə qoyaraq siyahıda yer almağı bacarıb.
 
"Google" internet səhifəsində ən çox axtarışa verilən 11 futbolçu aşağıda adları qeyd olunanlardı: Oçoa (Meksika), Jerard Pike (İspaniya), David Luis (Braziliya), Roxo (Argentina), Açuto Utida (Yaponiya), Bastyan Şvaynştayger (Almaniya), Andrea Pirlo (İtaliya), Neymar (Braziliya), Aryen Robben (Hollandiya), Kriştiano Ronaldo (Portuqaliya), Lionel Messi (Argentina)
Shares: