Argentina Futbol Federasiyası (AFF) DÇ-2014-ün 1/8 finalında bu gün baş tutacaq İsveçrə ilə matçın hakimini dəyişdirib. Futbolinfo.az xəbər verir ki, FİFA əvvəlcə bu qarşılaşmanı özbəkistanlı referi Rövşən İrmatova həvalə edib.
AFF isə hələ DÇ-2010-ün 1/4 finalında Almaniyaya məğlub olduqları matçda oyunu məhz R.İrmatovun idarə etdiyini xatırladıb, onun bu dəfə İsveçrə ilə görüşdə baş hakim olmasını istəmədiyini bəyan edib və bununla bağlı FİFA-ya müraciət ünvanlayıb.
Argentinanın müraciətini qəbul edən dünyanın ali futbol qurumu R.İrmatovu isveçli hakim Jonas Eriksonla əvəzləyib.
Ancaq bu qərar da Argentinada birmənalı qarşılanmayıb. Keçmiş hakim Hektor Baldassi bildirib ki, Avropa komandası ilə matçda görüşü bir avropalı hakimin idarə etməsi düzgün deyil.