İtaliya millisinin futbolçusu Corcio Kyellini Luis Suaresin ondan üzr istəməsini qəbul edib. Futbolinfo.az xəbər verir ki, Saures DÇ-2014-də İtaliya ilə görüşdə rəqib oyunçu Kyellininin çiynini dişlədiyi üçün üzr istəmişdi. İtaliyalı futbolmu isə uruqvaylı hücumçuya cavab olaraq "Tvitter" hesabından yazıb:
"Suaresin etdiyi hərəkəti artıq unutmuşam. FİFA-nın ona verdiyi cəzanı yüngülləşdirəcəyinə inanıram. Ümid edirəm ki, düşündüyüm kimi olacaq".