Fransa millisinin futbolçusu Pol Poqba DÇ-2014-ün 1/8 finalında məğlub etdikləri Nigeriya ilə oyunda haqda fikirlərini bölüşüb. Futbolinfo.az xəbər verir ki, təcrübəli futbolçu növbəti görüşlərdə də qələbəyə oynayacaqlarını bildirib:
"Bütün Fransanın bizi dəstəkləyəcəyini bilirdik. Vurduğum qol komandanı daha da ruhlandırdı. Qələbə qazandığımız üçün şadam. Belə vacib oyunda fərqləndim. Bu, həyatımın ən yaxşı anlarından biridi. Almaniya millisindən çəkinirik? Niyə də qorxmalıyıq ki? Fransa millisi heç bir rəqibdən qorxmur. Hər zaman meydanda var-gücümüzü qoyuruq. Növbəti görüşlərdə də yalnız qələbəyə oynayacağıq".
Qeyd edək ki, Nigeriya ilə oyunda hesabı açan Poqbanın komandasının 1/4 finala yüksəlməsində böyük pay sahibi olub – 2:0. Fransa millisi növbəti mərhələdə Almaniya ilə qarşılaşacaq.