Premyer Liqanın 2014/15 mövsümünə hazırlaşan "Sumqayıt" Futbol Klubu təlim-məşq toplanışına yığışacaq. Futbolinfo.az xəbər verir ki, Aqil Məmmədovun rəhbərlik etdiyi komanda iyulun 15-i hazırlıq mərhələsinin 2-ci mərhələsi üçün Türkiyəyə yola düşəcək.
 
İyulun 28-dək Kartepe bölgəsində yerləşən "Green Park Resort Kartepe" Hotelində məskunlaşacaq komanda qonşu ölkədə 5 yoxlama matçı keçirəcək. Artıq "Sumqayıt"ın 2 sınaqçı rəqibi də müəyyənləşib. Belə ki, komanda iyulun 17-də İranın "İstiqlal Əhvaz", 20-də isə Özbəkistan çempionu "Bunyodkor"la üz-üzə gələcək.
 
Digər 3 yoxlama oyunu haqqında  əlavə məlumat veriləcək. (klub saytı)
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp