Rusiyanın "Zenit" klubu iki futbolçusu ilə yolları ayırıb. Futbolinfo.az xəbər verir ki, Sankt – Peterburq təmsilçisi bu gün müqaviləsi başa çatan Roman Şirokov və Konstantin Zıryanovla sözləşməni yeniləməyib.
 
Qeyd edək ki, 2008-ci ildən "Zenit"də çıxış edən R.Şirokov 201 matçda iştirak edib və 43 qol vurub.  K.Zıryanov isə yeddi il şərəfini qoruduğu bu klubda oynadığı 286 matçda 39 qol vurub və 60 qolun ötürməsini verib.
Shares: