Son günlərdə futbol üzrə Azərbaycan yığmasının hücumçusu Rauf Əliyevin "Xəzər Lənkəran"a mümkün keçidi gündəmi zəbt edib. Futbolinfo.az xəbər verir ki, Əliyevin könlü Lənkəran təmsilçisində olsa da, onu cənub təmsilçisinə keçidi yubanır.
Belə ki, bu keçidə onun "Bakı" ilə olan müqaviləsi mane olur. "Xəzər Lənkəran" rəsmisi saytımıza açıqlamasında millimizin üzvü ilə bütün detallarını razılaşdırdıqlarını, futbolçunun problemi müqavilə ilə məxsus olduğu klubla həll etməli olduğunu bildirmişdi.
Ancaq əldə etdiyimiz məlumata görə, son anda bu məsələdə 180 dərəcə dəyişiklik olub. Belə ki, millimizin hücumçusu "Xəzər Lənkəran"a transfer olunmayacaq. Bunun səbəbi hələlik, bəlli deyil. Məsələni gündəmdə saxlamağa çalışacağıq.