Son mövsümü 8-ci pillədə başa vuran AZAL hazırda istirahətdədi. Futbolinfo.az xəbər verir ki, "təyyarəçilər" sabah hazırlığa qaldığı yerdən davam edəcək.
Tərlan Əhmədovun yetirmələri təlim-məşq toplanışının 2-ci mərhələsi üçün iyulun 16-da Türkiyəyə yola düşəcək. Bolu şəhərində keçirilən təlim-məşq toplanışı ərzində 5 yoxlama görüşü nəzərdə tutulub. Artıq "təyyarəçilər"in daha bir sınaqçı rəqibi bəlli olub. Bu, son mövsümü PTT 1-ci Liqasını 2-ci pillədə başa vurmuş "Balıkəsirspor" komandasıdı.
Matçın hansı tarixdə keçiriləcəyi hələ ki, bəlli deyil. Buna səbəb isə tərəflərin bir-biri ilə ortaq məxrəcə gəlməməsidi.
Qeyd edək ki, iyulun 28-də Türkiyə toplanışını başa vurmağı planlaşdıran AZAL buna qədər "Antalyaspor" və "Girəsunspor" komandaları ilə də yoxlama matçı keçirməyi planlaşdırır.