“Danışmaq oyunda nəyisə tətbiq etməkdən asandı”. Futbolinfo.az xəbər verir ki, bunu “Qəbələ” ilə oyunöncəsi Bosniya və Herseqovina “Şiroki Briyeq”inin kapitanı Vaqner Laqo deyib.
 
Təcrübəli futbolçu Avropa Liqasının 1-ci təsnifat mərhələsinin ilk oyunu ilə bağlı iddialı danışıb: “Qəbələ” ilə oyun asan keçməyəcək. Rəqibin yaxşı oyunçuları var və fiziki cəhətdən güclüdürlər. Amma biz təslim olmayacağıq və onlara şans verməyəcəyik. Hesab edirəm ki, səfərdə vuracağımız qol cavab matçı öncəsi bizə çox kömək edəcək".
Shares: