Futbol üzrə Azərbaycan millisinin daha bir üzvü Türkiyənin PTT 1-ci Liqasında çıxış edəcək. Futbolinfo.az xəbər verir ki, bu, yığmamızım milliləşdirilmiş müdafiəçisi Ufuk Budakdı.
 
24 yaşlı müdafiəçi son mövsümdə icarə əsasında çıxış etdiyi "Qaziantep BB" klubu ilə yeni anlaşma imzalayıb. Budak müqavilə ilə Türkiyə Super Liqasında mübarizə aparan "Əskişəhərspor" komandasına məxsus idi. O, ötən mövsümün ikinci yarısını icarə əsasında elə "Qaziantep BB" klubunda keçirmişdi. Görünür, klub rəhbərliyi onun çıxışından razı qaldığı üçün, yığmamızın üzvünə yeni müqavilə təklif ediblər.
 
Maraq üçün bildirək ki, Ufuk Budak köhnə-yeni komandasında millimizin daha bir üzvü var. Belə ki, Vaqif Cavadov ötən ayın sonlarında Qaziantep təmsilçisi ilə 1+1 illik müqavilə imzalamışdı.
Shares: