3 günlük istirahətdən sonra AZAL növbəti mövsümün hazırlığını bu gündən davam etdirəcək. Futbolinfo.az xəbər verir ki, komandanın baş məşqçisi Tərlan Əhmədov yetirmələrinə gün ərzində iki məşq keçəcək.
 
Nəzərdə tutulmuş məşqin biri saat 10:30-da, digəri isə axşam 19:00-da keçiriləcək. İyulun 16-da təlim-məşq toplanışını Türkiyənin Bolu şəhərində davam etdirməyi planlaşdıran AZAL-da hələ ki, iki futbolçu baxışdadı. Öncədən xəbər verdiyimiz kimi, bunlar Emin Mustafayev və gürcüstanlı Pavle Xorquaşvilidi. Əldə etdiyimiz məlumata görə, Mustafayev baş məqşçinin rəğbətini qazansa da, gürcü pleymeker hələ buna nail olmayıb. Odu ki, Əhmədov qarşıdakı yoxlama matçlarında da Xorquaşviliyə şans verəcək.
Shares: