Roberto Mançininin istefasında sonra baş məşqçi axtarışında olan “Qalatasaray” klubundan Mustafa Dənizli ilə bağlı açıqlama gəlib. Futbolinfo.az xəbər verir ki, yerli “Fanatik” qəzetinə danışan İstanbul klubunun prezidenti Ünal Aysal 64 yaşlı mütəxəsissin “sarı-qırmızılar”a keçəcəyi ilə bağlı iddialara cavab verib.
Aysal bu barədə hələ qəti qərar vermədiklərini deyib: “Mustafa Dənizli çox dəyərli mütəxəssisdi və “Qalatasaray” da daxil olmaqla, bütün klublar onunla işləmək istəyər. Amma bizim onunla bağlı qərarımız hələ dəqiqləşməyib”.
Qeyd edək ki, ötən mövsümü “Xəzər Lənkəran”da keçirən Dənizli bu yay vəzifəsindən kənarlaşdırılıb.