Məlum olduğu kimi, Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində "İnter" Moldovanın "Tiraspol" komandasıyla qarşılaşacaq. Futbolinfo.az xəbər verir ki, artıq Moldovada olan komandamız "Şerif" İdman Kompleksinin "Kiçik Arena" stadionunda ilk məşqini keçirib.
 
Məşqə isinmə və qısa məsafələrə qaçışla başlayan futbolçular topla çalışdıqdan sonra taktiki tapşırıqları yerinə yetiriblər.
 
Qeyd edək ki, "İnter"in oyunöncəsi rəsmi məşqi iyulun 2-də yerli vaxtla saat 20:00-da başlayacaq.

 

Shares: