Tarixində ilk dəfə Avropa Liqasında vəsiqə qazanan "Qəbələ" sabah ilk matçına çıxacaq. Futbolinfo.az xəbər verir ki, Qəbələ şəhər stadionunda baş tutacaq oyun 20:00-da başlayacaq.
 
Oyun öncəsi komandada zədəli futbolçu yoxdu. Bir neçə gün öncə zədələnən Ruslan Əmircanov da bu problemi aradan qaldırıb. Saytımıza açıqlama verən "Qəbələ"nin həkimi Rahim Məhərrəmov tibbi baxımdan futbolçuda problem olmadığını bildirib:
 
"Ruslan Əmircanov zədəsini tam olaraq sağaldıb. Yəni, sağlamlığında heç bir problem yoxdu. Sadəcə, fiziki durumu yaxşı olmadığı üçün, ayrı məşq edir. "Şiroki Briyeq"lə matçda oynayıb-oynamayacağı baş məşqçinin qərarından asılı olacaq".
Shares: