Sabah Avropa Liqasının 1-ci təsnifat mərhələsinin ilk oyunları baş tutacaq. Futbolinfo.az xəbər verir ki, ölkəmizi Avropa Liqasında təmsil edən "Qəbələ" Bosniyanın "Şiroki Briyeq" komandası ilə qarşılaşacaq.
Artıq "Qəbələ"nin rəqibi ölkəmizə gəlib. Bosniyalılar səhər saat 05:00-da Heydər Əliyev adına Hava Limanına eniblər. Onlar Bosniyadan birbaşa yox, əvvəlcə İstanbula, oradan da Türk Hava Yolları şirkətinə məxsus olan təyyarə ilə Bakıya gəliblər. Bakıdan da avtobusla Qəbələyə yola düşən Slaven Musanın yetirmələri "Qafqaz Karvansaray" otelində məskunlaşacaq.
Klubun məşqi isə axşam saat 20:00-a nəzərdə tutulub.