İsveçrə millisinin baş məşqçisi Ottmar Hitsfeld karyerasını bitirdiyini açıqlayıb. Futbolinfo.az xəbər verir ki, bu komandanın DÇ-2014-ün 1/8 finalında Argentinaya məğlub olaraq mübarizəni dayandırdığı görüşdən sonra baş verib.
Təcrübəli mütəxəssis “məşqçlik işim burda bitdi, karyeramla fəxr edirəm” deyərək fikirlərini şərh edib.
Xatırladaq ki, Hitsfeld 2008-ci ildən İsveçrə millisini çalışdırırdı.