İngiltərənin "Çelsi" klubu daha bir transfer bombası partladıb. Nəhayət Dieqo Kostanın gözlənilən transferi rəsmiləşib. Futbolinfo.az xəbər verir ki, “zadəganlar” rəsmi bəyanatla "Atletiko"yla anlaşdıqlarını açıqlayıb.
London klubu Kostaya görə La Liqa çempionuna 40 milyon avro ödəyəcək. Kosta yaxın günlərdə İngiltərə paytaxtına yollanıb tibbi müayinədən keçəcək.
Kostadan əlavə "Çelsi" "Atletiko"dan Filipe Luis və Tibo Kurtuanı da heyətinə qatmağı planlaşdırır.