Son mövsümü titulsuz başa vuran "Xəzər Lənkəran" növbəti çempionatın hazırlıqlarını Türkiyədə davam etdirir. Futbolinfo.az xəbər verir ki, komandanın Ərzurumdakı düşərgəsinə bu gün yeni futbolçu gəlib.
 
Bu, braziliyalı Fernando Qabrieldi. Klubun mətbuat xidmətindən verilən məlumata görə, 26 yaşlı sambaçı bu gün yeni komandası ilə ilk məşqinə çıxacaq. Yarımmüdafiəçi ilə 1,5 illik müqavilə imzalamaq nəzərdə tutulub.
 
Qeyd edək ki, futbolçunun son klubu Braziliyanın "B" seriyasında çıxış edən "Parana" klubu olub.
Shares: