Madrid "Atletiko"su Tibo Kurtuanın komandadan ayrılma ehtimalını nəzərə alaraq “Levante”nin qapıçısı Keylor Navasla danışıqlara start verib. Futbolinfo.az xəbər verir ki, paytaxt klubu Navasa görə Valensiya təmsilçisinə 5 milyon avro və hücumçusu Leo Baptistaonu təklif edib.
Lakin "Levante" "qırmızı-ağlar"ın göndərdiyi təklifə yox deyib.
"Levante"nin qapıçının transferi üçün auksiona gedəcəyi və mümkün olacaq ən yüksək məbləğ müqabilində Navası satacağı gözlənilir.
Keylor hazırda Kosta Rika millisi ilə DÇ-2014-də sərgilədiyi oyunla qiymətini xeyli artırıb.